Prezidentin görünməyən FOTOLARI

Prezidentin görünməyən FOTOLARI
  05 İyul 2014    Oxunub:926
Türkiyə prezidenti Abdulla Gülün hakimiyyətdə olduğu vaxt ərzində çəkilən fotolarından ibarət sərgi təşkil olunub.
AzVision.az Türkyiə mətbuatına istinadən xəbər verir ki, sərginin açılışında A.Gül özü də iştirak edib. Prezident İstanbul valisi Hüseyn Avni Mutlu ilə birlikdə sərgi ilə tanış olub və fotolarla bağlı xatirələrini danışıb.

Özü ilə birlikdə hər yerə gedən fotoqraflarından danışan Gül onların yorulduğunu deyib: “Hər yerdə fürsəti dəyərləndirmək üçün çalışırlar. 7 il ərzində gördüyünüz şəkillərimi onlar çəkdi”.
Sərgidə prezident fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız ve Mehmet Demircinin təxminən 1 milyon fotosu içərisindən seçilən 50 şəkil nümayiş olunub.

Onlardan bir neçəsini təqdim edirik:

Qalereya




Teqlər:  





Xəbər lenti