"Rusiyanın alman silahları ilə vurulması eskalasiya yaratmayacaq" - Şolz

 "Rusiyanın alman silahları ilə vurulması eskalasiya yaratmayacaq"    - Şolz
  04 İyun 2024    Oxunub:895
Almaniya kansleri Olaf Şolz Ukrayna mövzusunda diqqət çəkən fikirlər səsləndirib.
DW-nin yaydığı məlumata görə, Şolz "Antenne Bayern" radiosunun efirində çıxışı zamanı deyib ki, Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə alman silahları ilə zərbə endirməsinə icazə verilməsi eskalasiyaya səbəb olmayacaq.

ABŞ Kiyevin Rusiya RLS-lərinə hücumundan narahatdır
"ABŞ prezidentinin dediyi kimi, icazə verilməsi deyildikdə biz yalnız böyük bir şəhəri, məsələn, Xarkovu qorumaq imkanlarından danışırıq", - kansler qeyd edib.

Onun sözlərinə görə, Kiyevə alman silahlarından sərhəddən kənarda istifadə hüququnun verilməsi qərarı Almaniyanın dostları və müttəfiqləri ilə birlikdə diqqətlə araşdırılıb. Eyni zamanda, Şolz qeyd edib ki, kimsə onu "səhv və vaxtsız qərarlar" qəbul etməyə inandırmağa, kanslerə təzyiq göstərilməsinə heç vaxt icazə verməyəcək.

Qeyd edək ki, son günlər bəzi Qərb ölkələri Ukraynaya verdikləri dağıdıcı silahlarla Rusiya ərazilərini də vurmağa icazə verirlər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Silah   Almaniya  





Xəbər lenti