Bayden ölkəyə miqrant axınına qadağa qoyur

   Bayden ölkəyə miqrant axınına qadağa qoyur
  04 İyun 2024    Oxunub:823
ABŞ Prezidenti Co Bayden seçkilər ərəfəsində vətəndaşlar arasında ən çox narahatlıq yaradan miqrant problemi ilə bağlı sərəncam imzalayacaq.
AzVision.az xəbər verir ki, onun bu həftə ərzində imzalayacağı gözlənilən sərəncama əsasən, ABŞ-nin cənub - Meksika ilə sərhədi sığınacaq axtaran şəxslər üçün müvəqqəti bağlanacaq.

Ölkəyə pənah gətirənlərin sayı gündəlik 2500 nəfərə çatdığı bir vaxtda Baydenin bu qəti qərarı öz seçki kampaniyasının bir hissəsidir. Belə ki, o bu problemə etirazını bildirən seçicilərin dəstəyini qazanmağa çalışır.

Sərəncam çərçivəsində ABŞ-Meksika sərhədi boyu yerləşən şəhərlərin başçıları Ağ Evə çağırılacaqlar.

Bayden bu addımı ilə öz rəqibi və sələfi Donald Trampın 2018-ci ildə vəzifəyə gəldiyi vaxt irəli sürdüyü yanaşmadan fərqlənmir və dinc miqrantlara qarşı "dövlət səviyyəində düşmənliy"i yenidən dirçəldir. Hərçənd Bayden öz seçki kampaniyası dövründə Trampın bu siyasətini pisləmiş və belə bir siyasətin ABŞ-nin sığınacaq hüququ bağlı qanunlarını pozduğunu diqqətə çatdırmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Bayden   Tramp   miqrasiya   qadağa  





Xəbər lenti