5-ci mərtəbədən yıxılan 6 yaşlı uşaq sağ qaldı

5-ci mərtəbədən yıxılan 6 yaşlı uşaq sağ qaldı
  03 İyun 2024    Oxunub:1095
Rusiyada binadan yıxılan uşaq sağ qalıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, hadisə Ufada baş verib. Beşinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılan altı yaşlı uşaq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

"Hadisə Oktyabr prospektində yerləşən çoxmərtəbəli binada baş verib. İlkin məlumata görə, uşaq ağcaqanad əleyhinə quraşdırılmış xüsusi pəncərə toruna söykəndiyi üçün yıxılıb. O sağ qalıb və ağır bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirilir", - "Gazeta" yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti