İş qadını İslandiyanın prezidenti seçildi

   İş qadını İslandiyanın prezidenti seçildi
  02 İyun 2024    Oxunub:1030
Sahibkar və investor Halla Tomasdottir İslandiyada keçirilən prezident seçkilərində qalib gəlib. Bu barədə Bloomberg məlumat yayıb.
Tomasdottir 32,8 faiz səs toplayıb. Seçkilərdə seçici fəallığı 78,83 faiz təşkil edib. Tomasdottir dövlət başçısı vəzifəsini icra edəcək ikinci qadın olacaq.

O, biznes etikasına, davamlılığa və bərabərliyə diqqət yetirməklə biznesdə şəffaflığın tərəfdarıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti