ABŞ-da türk jurnalistə qarşı müəmmalı hücum

   ABŞ-da türk jurnalistə qarşı müəmmalı hücum
  02 İyun 2024    Oxunub:904
Türkiyənin “CNN Türk” telekanalının və “Hürriyyət” qəzetinin ABŞ-dakı müxbiri Yunus Paksoy Pensilvaniya ştatında canlı yayım zamanı hücuma məruz qalıb.
Hadisə baş verən zaman o, FETÖ terror təşkilatının üzvlərinə məxsus olduğunu dediyi malikanənin yaxınlığında reportaj hazırlayırmış. Naməlum şəxs əvvəlcə maşını onun üzərinə sürüb, daha sonra avtomobildən düşərək jurnalistə bir neçə zərbə endirib.

Paksoy hücum edən şəxsin almanca danışdığını və jurnalistin telefonunu götürdüyünü bildirib. O, Paksoyun avtomobilinin fotolarını çəkib və sonra oradan uzaqlaşıb. Jurnalist polisə müraciət edib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun hadisə ilə bağlı bildirib ki, respublikanın müvafiq idarələri hadisələri izləyir.

“Şübhəsiz ki, günahkarların layiqincə cəzalandırılması üçün Amerika tərəfi ilə təmaslar çərçivəsində bütün lazımi tədbirlər görüləcək. Harada olurlarsa olsunlar, Türkiyəyə düşmən olan terrorçularla mübarizəmizi davam etdirəcəyik”, - o əlavə edib.

Türkiyə Xarici İşlər Nazirliyi də hadisəyə münasibət bildirib: “CNN Türk-ün Vaşinqton müxbiri Yunus Paksoyun Fətullah Gülən Terror Təşkilatı (FETÖ) ilə bağlı yayımı zamanı baş verən hücumu qınayırıq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti