Bank kartlarından pul oğurlayan şəxs tutulub

Bank kartlarından pul oğurlayan şəxs tutulub
  01 İyun 2024    Oxunub:1100
Suraxanı rayonunun Hövsan qəsəbəsində bank kartlarından ümumilikdə 5320 manat pul vəsaitini talayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitinin talanması barədə məlumatlar daxil olub.

Şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törədən, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

AzVision.az


Teqlər: cinayət   oğurluq   DİN  





Xəbər lenti