Saakaşvilinin partiyasının ofisinə hücum etdilər

   Saakaşvilinin partiyasının ofisinə hücum etdilər
  01 İyun 2024    Oxunub:1835
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə müxalif “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisinə hücumla bağlı cinayət işi açıb.
Partiyadan verilən məlumatına görə, gecə əlində ağac və daş olan yüzə yaxın maskalı şəxs ofisə hücum edib. Nəticədə şüşələr sınıb, avadanlıqlara ziyan dəyib. Hücum edənlər partiya üzvlərini öldürməklə hədələyiblər.

Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə cinayət işi açılıb. "Vahid Milli Hərəkat" partiyası 2001-ci ildə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili tərəfindən yaradılıb. 2004-2012-ci illərdə Gürcüstanda hakim partiya olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti