Boksçumuz lisenziya turnirində 1/4 finala yüksəldi

Boksçumuz lisenziya turnirində 1/4 finala yüksəldi
  01 İyun 2024    Oxunub:1185
Azərbaycanın qadın boksçusu Zeynəb Rəhimova Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib.
AzVision.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/8 finalda Ornella Havyarimanı 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib.

Rəhimova növbəti görüşündə Aeji İm (Cənubi Koreya) ilə qarşılaşacaq. O, qələbə qazanacağı halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı rəsmiləşdirəcək. Döyüş iyunun 2-də keçiriləcək.

Qeyd edək ki, yarışın son günündə Alfonso Dominqes (92 kq) də rinqə çıxacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti