Rövşən Nəcəf Qazaxıstan səfiri ilə görüşüb

Rövşən Nəcəf Qazaxıstan səfiri ilə görüşüb
  31 May 2024    Oxunub:1410
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşüb.
SOCAR-dan AzVision.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Qazaxıstanın bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda uğurlu əməkdaşlığı və SOCAR ilə Qazaxıstan şirkətləri arasında əlaqələrin dinamik inkişafı məmnunluqla diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə "KazMunayQaz" şirkəti arasında əməkdaşlığın cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: SOCAR   Qazaxıstan   görüş  





Xəbər lenti