“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq edəcək

“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq edəcək
  30 May 2024    Oxunub:1164
“Azərkosmos” Çinin “Rhosoon” texnologiya şirkəti ilə əməkdaşlığa başlayıb.
Azərbaycan Kosmik Agentliyi “Rhosoon” şirkəti ilə birgə Azərbaycanda və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirəcək. “Azərkosmos” özünün “Azconnexus” peyk internet platforması və “Rhosoon”un mobil peyk terminallarından istifadə edərək, müştərilərinə ənənəvi rabitə infrastrukturunun mövcud olmadığı uzaq ərazilərdə xidmətlər verəcək.

“Rhosoon” terminallarının istifadəsinin əsas məqsədi hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini təmin etməkdir.

Avtomobillər üçün sərfəli və etibarlı anten rabitə sistemləri təmin edən “Rhosoon” şirkəti məhsulun planlaşdırılması, dizayn, prototipləşdirmə, optimallaşdırma, 3D çap texnologiyası kimi innovativ həllər təklif edir.

AzVision.az


Teqlər:





Xəbər lenti