Sankt-Peterburqun qubernatoru Prezidentimizə təbrik göndərib

   Sankt-Peterburqun qubernatoru Prezidentimizə təbrik göndərib
  29 May 2024    Oxunub:1024
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.

1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin imzalanması güclü müstəqil dövlətin inkişafının bünövrəsini qoydu.

Böyük tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bu gün iqtisadi və sosial sahələrdə mühüm uğurlar qazanır, regionda və dünyada xarici siyasət mövqelərini möhkəmləndirir. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə qüdrətli və inkişaf edən dövlətə çevrilib.

Bu əlamətdar gündə xalqınız yeni Azərbaycanın təşəkkül tapması, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün çox işlər görmüş Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin xatirəsini ehtiramla anır.

Sankt-Peterburq iyirmi ildən artıq müddətdə uğurla inkişaf edən Azərbaycan Respublikasındakı tərəfdaşları ilə etimad və qarşılıqlı hörmət əsasında konstruktiv dialoqu yüksək qiymətləndirir.

Əminəm ki, bu yaxınlarda Sankt-Peterburqun Bakıda mədəni-işgüzar missiyası ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əldə olunmuş razılaşmalar Peterburq-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək.

Azərbaycana tərəqqi, ölkənin sakinlərinə sülh və əmin-amanlıq arzulayıram".

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Prezident   təbrik  





Xəbər lenti