“Zəngəzur” tankeri əsaslı təmir olunub

“Zəngəzur” tankeri əsaslı təmir olunub
  29 May 2024    Oxunub:850
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Zəngəzur” tankeri əsaslı təmir olunub.
AzVision.az ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid 2 dəst müasir tip “Inmarsat-C”, 1 dəst “DS-85” tipli sürətölçən laq, 1 dəst “NAVTEX-700” tipli hava məlumat qəbuledicisi, 1 dəst stasionar UQD radiostansiya quraşdırılıb.

Gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib. Təmirçilər tankerin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumunun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək rənglənməsini də həyata keçiriblər.

Təmirdən sonra tanker yenidən istismara qaytarılıb. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan “Zəngəzur” tankerinin yükgötürmə qabiliyyəti 13 min tondur.

AzVision.az


Teqlər:





Xəbər lenti