WP: “Bayden iki sərt cavab hazırlayır”

   WP: “Bayden   iki sərt cavab    hazırlayır”
  29 May 2024    Oxunub:1034
ABŞ prezidenti Co Bayden Moskvaya əsas texnologiyaların tədarükünə görə Çinə qarşı sanksiyaların tətbiqi, habelə Ukraynanın Rusiya ərazisinin dərinliklərinə hücumlar üçün Amerikanın qısamənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması imkanlarını nəzərdən keçirir.
AzVision.az “The Washington Post” qəzetində dərc olunan materiala istinadən xəbər verir ki, ABŞ prezidenti Rusiyanın Ukraynadakı irəliləyişlərinə qarşı mübarizə üçün bu iki yeni sərt əks-tədbiri nəzərdən keçirir.

Məqalənin müəllifi Devid İqneyşesə görə, ABŞ-nin Ukraynaya kömək edəcəyinə ümid bəslədiyi silahların bir çoxu, məsələn, M1 Abrams tankları, HIMARS çoxsaylı buraxılış raket sistemləri və F-16 döyüş təyyarələri Rusiyanın pilotsuz yarələrinə, elektron tıxanma və hava hücumundan müdafiə sistemlərinə qarşı həssas olduğunu sübuta yetirdi.

İndi isə Amerika rəsmiləri Ukraynanın şərqindəki Xarkov və digər şəhərlərinə hücum üçün Moskvanın Rusiya daxilində sərhədin o tayında qoşun və texnika yığdığından qorxur. Amerika silahları bu vəziyyəti dəyişə bilər, lakin Vaşinqton hələ ki, Kiyevin ABŞ-nin Rusiya kimi tanıdığı ərazilərə zərbə endirməsinə razılıq vermir. Yalnız nəzarəti yumşaltmaq üçün digər NATO ölkələri Baydenə təzyiq göstərdikcə bu vəziyyət dəyişə bilər.

“Ola bilsin ki, biz Ukraynada daha bir dönüş nöqtəsinə yaxınlaşırıq. Çin getdikcə yeni dominantlıq edən Rusiya ilə tərəfdaşlığa meylləndiyi halda, Bayden Kiyevlə müttəfiqliyini dərinləşdirib-dərinləşdirməyəcəyini düşünür. Bu, yeni risklər gətirəcək. Lakin səndirləyən Ukraynanı dəstəkləyə və sonda müharibənin bitəcəyi danışıqlar masası arcxasında tarazlığı bərpa yarada bilsə, məna kəsb edəcək”, - məqalədə vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   Rusiya   Çin  





Xəbər lenti