Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi ehtiyata buraxılıb

   Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi ehtiyata buraxılıb
  29 May 2024    Oxunub:1216
Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.
Bununla bağlı nazir Zakir Həsənov əmr imzalayıb. Əmrə əsasən, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Nazirin digər əmri ilə Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti