Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyada

Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyada
  29 May 2024    Oxunub:892
Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Baş prokurorunun müavini – Baş hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə Rusiyaya səfər edib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, nümayəndə heyəti Rusiyanın Baş Hərbi Prokurorluğunda bir sıra tədbirlərdə iştirak edib. Baş hərbi prokuror V.G.Petrov və digər rəhbər vəzifəli şəxslərin iştirakı ilə dəyirmi masa ətrafında keçirilmiş görüşdə o ölkələrimiz arasında olan yaxın dostluq münasibətlərindən və bu əlaqələrin yüksələn xətlə inkişafından, o cümlədən hər iki dövlətin Hərbi prokurorluqları arasındakı sıx əməkdaşlığın mühüm əhəmiyyət kəsb etməsindən, daha da dərinləşməsindən danışıb.

Dəvətə görə Baş hərbi prokuror V.G.Petrova minnətdarlığını ifadə edən ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlətlərimiz arasındakı doğma münasibətlərin yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. Xanlar Vəliyev dövlət başçılarının hazırda səmimi münasibətləri uğurla davam etdirdiklərini, xalqlarımız arasındakı bağlılığı vurğulayıb.

Bildirib ki, hər iki hərbi prokurorluq arasındakı əməkdaşlıq V.G.Petrovun təşəbbüsü ilə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyətinin 2018-ci ildə Rusiyaya səfərindən sonra başlayıb, qarşı tərəfin nümayəndə heyətinin 2019-cu ildə Azərbaycana səfəri ilə davam edib və hazırda daha da möhkəmlənib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev, həmçinin bildirib ki, Ümummilli Liderin müdrik siyasətini müasir müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən yeni tarixi uğurlarla səciyyələnib, onun qətiyyəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi, xalqın əzmkarlığı, Silahlı Qüvvələrimizin qüdrəti və hərbçilərimizin qəhrəmanlığı sayəsində 30 ilə yaxın işğal altında qalmış dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində azad edilib. Bir sutkadan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində tarixi ərazilərimiz erməni işğalçılarından təmizlənib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda erməni vandalizminə məruz qalmış ərazilərdə dövlətimizin başçısının və birinci xanımın şəxsi nəzarətləri ilə abadlıq-quruculuq işləri həyata keçirilir.

Hərbi prokuror Xanlar Vəliyev Rusiya sülhməramlılarının səmərəli fəaliyyətindən də söz açıb. Ardınca tərəflər arasında hər iki ölkənin qanunvericiliyi, onun icra vəziyyəti, təkmilləşdirilməsi, habelə sülh və insanlıq əleyhinə, terrorçuluq, eləcə də digər cinayətlərin istintaq taktikası, ibtidai araşdırma prosesində ortaya çıxan problemlər, onların həlli yollar ilə bağlı müzakirələr aparılıb. Həmçinin bu qəbildən olan cinayətlərə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Rusiyanın Müdafiə Nazirliyinin Knyaz Aleksandr Nevski adına Hərbi Universitetinə gedərək, təhsil müəssisəsinin "prokuror-müstəntiq", "maliyyə-iqtisad fakültələrində, "Kriminalistika" və digər kafedralarda təlim-tədris prosesinin gedişi ilə yaxından tanış olublar. Eyni zamanda, nümayəndə heyətinə müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib və məhkəmə-tibbi ekspertizası sahəsində qazanılmış nailiyyətlər barədə ətraflı məlumat verilib. Bundan əlavə, azərbaycanlı kursantlarla görüşüb, onların təhsil, məişət şəraitləri, qayğı və problemləri ilə maraqlanılıb. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Baş Məbədi və “Yaddaş yolu” muzey kompleksi ziyarət olunaraq, Böyük Vətən müharibəsində həlak olan hərbi qulluqçularımızın əziz və unudulmaz xatirələri anılıb.

Bundan sonra nümayəndə heyəti Rusiya Federasiyasının Tatarıstan Respublikasına yola düşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti