Avropalı nazirlər ilk dəfə İsrailə qarşı sanksiyaları müzakirə ediblər

   Avropalı nazirlər ilk dəfə İsrailə qarşı sanksiyaları müzakirə ediblər
  28 May 2024    Oxunub:1358
Avropa İttifaqının xarici işlər nazirləri ilk dəfə olaraq, İsrail Beynəlxalq Ədalət Məhkəməsinin Rəfah şəhəri də daxil olmaqla hərbi əməliyyatlara son qoyulması ilə bağlı qərarına əməl etmədiyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi imkanını müzakirə ediblər.
Bu barədə İrlandiyanın RTE telekanalı məlumat yayıb. “Əlbəttə, əgər məhkəmənin qərarının icrası baş tutmasa, onda biz bütün variantları nəzərdən keçirməli olacağıq”, - İrlandiyanın xarici işlər naziri Mixaul Martin deyib. Onun sözlərinə görə, nazirlər ilk dəfə idi ki, sanksiyaların tətbiqini ciddi müzakirə edirdilər.

Nazir Aİ-İsrail Assosiasiya Şurasının iclasının keçirilməsinə çağırıb ki, nazirlər İsrailin öhdəlikləri və onun Beynəlxalq Ədliyyə Məhkəməsinin qərarına əməl etməyə hazır olması ilə bağlı birbaşa suallar qaldıra bilsin.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti