Qalibaf yenidən İran parlamentinin sədri oldu

Qalibaf yenidən İran parlamentinin sədri oldu
  28 May 2024    Oxunub:1081
Məhəmməd Baqer Qalibaf 12-ci çağırış İran Məclisinin (parlament) sədri seçilib.
Bu barədə İRİB telekanalı məlumat yayıb. Mayın 27-də İranın 12-ci parlamenti öz işinə başlayıb. Martın 1-də qanunverici orqanlara seçkilər keçirilib və seçicilərin 41%-i iştirak edib.

Məclisdə 290 deputat var. Konstitusiya siyasi, coğrafi və digər amilləri nəzərə alaraq parlamentarilərin sayını dəyişməyə imkan verir. Belə ki, hər 10 ildən bir deputatların sayı 20 artırıla bilər.

Qeyd edək ki, M.Qalibaf 1961-ci il avqustun 23-də İranın Xorasan əyalətinin Torkabe şəhərində anadan olub. 1997-2000-ci illərdə Sepahın Hərbi Hava Qüvvələrinin komandanı olub. 2000-2005-ci illərdə İran polisinin rəisi, 2005-2017-ci illərdə Tehranın meri işləyib. 2020-ci ilin parlament seçkilərində quruma sədr seçilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti