"Omar Kuboku" uğrunda konkur yarışları keçirilib - FOTOLAR

"Omar Kuboku" uğrunda konkur yarışları keçirilib -    FOTOLAR
  27 May 2024    Oxunub:1072
May ayının 25-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Omar” Atçılıq Mərkəzində ənənəvi “Omar Kuboku” uğrunda konkur yarışları keçirilib.
AzVision.az xəbər verir ki, “A*” koteqoriyası 90 sm və “M*” koteqoriyası üzrə isə 120 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.

12 idmançının iştirak etdiyi “A*” koteqoriyasında baş tutan mübarizədə “Məktəb” atçılıq klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla birinci yerin sahibi, həmin məktəbin digər idmançısı Kamilla Həsənbəyova “Pür-Pür” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov “Lothar 41” ləqəbli atla üçüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin idmançısı Rüqayə Məhərrəmova “Püstə” ləqəbli atla dördüncü, “Sərhədçi” atçılıq klubunun idmançısı Qəzənfər Fərzəliyev isə “Əsanə” ləqəbli atla beşinci yerin sahibi olub.

“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 21 idmançının mübarizə apardığı yarışda “Gilan” atçılıq klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla birinci yerin sahibi, “Omar” atçılıq klubunun idmançısı Kənan Novruzov bu dəfə “Lothar 41” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun idmançısı Seyid Musayev “Ayla” ləqəbli atla üçüncü, həmin klubun digər idmançısı Anar Hümbətov “Damla” ləqəbli atla dördüncü, “Elit” atçılıq klubunun digər idmançısı Aydan Ağayeva isə “Zirvə” ləqəbli atla beşinci yerin sahibi olub.

Yarışın sonunda hər iki koteqoriyada ilk 5 yerin sahibi, ümumilikdə 10 nəfər Fəxri Fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

AzVision.az

Qalereya




Teqlər: Omar-Kuboku   yarış  





Xəbər lenti