Ermənistanın şimalında daşqın: Ölənlərin sayı artdı

   Ermənistanın şimalında daşqın:    Ölənlərin sayı artdı
  27 May 2024    Oxunub:1110
Ermənistanın şimalında daşqın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə erməni deputat Aren Mkrtçyan öz Facebook səhifəsində yazıb.

Xatırladaq ki, bir gün əvvəl 3 ölüm faktı qeydə alınmışdı. Bundan əvvəl leysan yağışlar nəticəsində Lori və Tavuş vilayətlərində Debed, Ağstev və Taşir çaylarının daşması barədə məlumat verilmişdi.

Bir sıra yaşayış məntəqələri, nəqliyyat obyektləri və enerji infrastrukturu daşqın zonasına düşüb. Təsirə məruz qalan ərazilərlə dəmir yolu və avtomobil əlaqəsi kəsilib. Xilasedicilərin və digər qüvvələrin köməyi ilə Ermənistanın Lori və Tavuş rayonlarının müxtəlif yaşayış məntəqələrindən 269 nəfər təxliyə edilib, çayın daşqın zonasında qalan 120 nəfər xilas edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti