"Qalatasaray" çempion oldu

   "Qalatasaray" çempion oldu
  26 May 2024    Oxunub:1045
Türkiyə Superliqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
AzVision.az xəbər verir ki, bu, "Qalatasaray"dır. İstanbul təmsilçisi son turda səfərdə "Konyaspor"a 3:1 hesabı ilə qalib gəlib. Bununla da, xalını 102-yə yüksəldən "Cim-Bom" tarixində 24-cü dəfə ölkə çempionu adına yiyələnib.

"Konyaspor" - "Qalatasaray" - 1:3
Qollar:
İkardi, 29 (0:1), 51 (0:2), Kutlu, 53 (0:3), Prip, 78 (1:3)

Son turda "İstanbulspor"u 6:0 hesabı ilə məğlub edən"Fənərbaxça" 99 xalla 2-ci olub. "Trabzonspor" isə turniri 67 xalla 3-cü pillədə başa vurub.


AzVision.az


Teqlər:





Xəbər lenti