Putin Özbəkistandadır - Video

   Putin Özbəkistandadır -    Video
  26 May 2024    Oxunub:805
Rusiya prezidenti Vladimir Putin Daşkəndə gedib. Burada o, Özbəkistanın lideri Şavkat Mirziyoyev ilə danışıqlar aparacaq.
Dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.

Bu, Putinin yeni prezidentlik müddəti başlayandan bəri xaricə üçüncü səfəridir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti