Səbinə Əliyeva : Əfv edilənlər onlara göstərilən etimadı doğrultmalıdırlar

      Səbinə Əliyeva   : Əfv edilənlər onlara göstərilən etimadı doğrultmalıdırlar
  26 May 2024    Oxunub:996
Əfv Sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin bir göstəricisidir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə müsahibəsində deyib.

“Ənənəvi olaraq dövlətçiliyimiz tarixində əhəmiyyətli günlər, bayramlar ərəfəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən əfv sərəncamları imzalanır. Müstəqillik Günü ərəfəsində imzalanan Əfv Sərəncamı indiyədək imzalanmış 70-ci sərəncamdır və ümumilikdə 154 məhkuma şamil olunub.

Əfv Sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin bir göstəricisidir. Əfv olunan vətəndaşlar arasında xarici ölkələrin vətəndaşları da var. Əfv olunan məhkumları və onların ailə üzvlərini təbrik edir, onları gələcək həyatlarında qanunlara hörmətlə yanaşmağa, ölkəmizə faydalı olmağa, dövlətçiliyimizə sadiq qalmağa dəvət edirəm. Həmin şəxslər bu yüksək etimadı doğrultmalıdırlar", - deyə Səbinə Əliyeva qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti