Ermənistanın şimalını su basdı: Üç nəfər ölüb - YENİLƏNİB

   Ermənistanın şimalını su basdı:  Üç nəfər ölüb - YENİLƏNİB
  26 May 2024    Oxunub:2301
Ermənistanın şimalında daşqınlar nəticəsində ölənlərin sayı üç nəfərə çatıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Son məlumatlara görə, Tavuşda iki körpü dağılıb, bir körpü isə sıradan çıxıb. Üç yaşayış binası dağılıb, 45 ev, iki mehmanxana, 18 ictimai və digər obyekt su altında qalıb. Lori rayonunda Vanadzor-Alaverdi yolunun 50 metri dağılıb, Debed çayı üzərində 3 körpü, həmçinin 70 bina və obyektə ziyan dəyib.
***
Ermənistanda daşqınlar nəticəsində ölənlərin sayı ikiyə çatıb. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində iki nəfəri sel aparıb, onların axtarışları davam edir.

Qeyd edək ki, mayın 25-i və 26-da yağan intensiv yağıntılar nəticəsində Ermənistanın Lori və Tavuş vilayətlərində Debed və Aqstev çaylarının suyunun səviyyəsi 2 metrdən çox artıb, bu da yaxınlıqdakı ərazilərin su basmasına səbəb olub.
***
Ermənistanın şimalında daşqınlar nəticəsində azı 1 nəfər ölüb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Opel” markalı avtomobil Şnoq-Texout yolunda çaya düşüb. ilkin məlumatlara görə, bir nəfər ölüb.

O cümlədən, Vanadzor-Alaverdi yolunun 50 metrlik hissəsi dağılıb. Ayrum stansiyasında və Alaverdi şəhərində bir neçə evi su basıb.






Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti