Avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib

Avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib
  25 May 2024    Oxunub:1167
Azərbaycan Premyer Liqasında gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşib.
AzVision.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında mövsümün son turuna start verilib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" doğma meydanda "Səbail"i qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 57-ci dəqiqədə Qismət Alıyev vurub.

Bu nəticə ilə xallarını 58-ə çatdıran "Zirə" mövsümü ikinci pillədə bitirib və gümüş medallara sahib çıxıb. "Qartallar" növbəti mövsüm ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Konfrans Liqasına namizədlərdən olan "Sumqayıt" azarkeşləri önündə daha əvvəl Premyer Liqa ilə vidalaşan "Qəbələ" ilə qarşılaşıb. "Gənclik şəhəri" görüşü 1:0 hesablı qələbə ilə bitirib. Yeganə qolu 52-ci dəqiqədə Erik Sorqa vurub.

Samir Abbasovun komandası 58 xalla mövsümü dördüncü pillədə başa vurub.

Günün növbəti matçında "Neftçi" - "Sabah" komandaları üz-üzə gəlib. "Neftçi Arena"da start götürən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 86-cı dəqiqədə Namik Ələsgərov vurub.

Bu qələbə sayəsində xallarını 58-ə yüksəldən "Sabah" Konfrans Liqasına vəsiqə qazanıb. "Neftçi" isə mövsümü 56 xalla beşinci pillədə başa vurub. "Tələbələr" növbəti ilə Konfrans Liqasında çıxış edəcək.

Turun digər oyunları mayın 26-da keçiriləcək.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti