İran Kürdistana qoşun göndərdi

İran Kürdistana qoşun göndərdi
  04 İyul 2014    Oxunub:805
İran hökuməti İraq Kürdistanı ilə sərhədə xüsusi hərbi dəstə göndərib. Bəzi rayonlarda onların sərhədi keçdikləri bildirilir.
Kürdüstanın təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif sərhəd-keçid məntəqələrində - Bozi Merqasir, Kani Xva, Mlakal, Qarui Lauk və digərlərində çoxlu sayda İran əsgərlərinin olduğu bildirilib. Dağlıq rayonların sakinləri iddia edirlər ki, hazırda dağlarda, eləcə də ətraf rayonlarda iran əsgərlərini görmək mümkündür. AzVision.az bu barədə "BasNews"-a istinadla xəbər verir.

Ötən il İran ordusu bu vilayətlərə İraq ordusu ilə əməkdaşlıq üçün göndərilmişdi, bu il isə onların sayı demək olar ki, iki dəfə artırılıb və üstəlik əraziyə hərbi texnika da cəlb edilib.

Sərhəddə İran hərbiçiləri zaman-zaman “Pekaj”- “Kürdistanın Azad Həyat Partiyası”nın partizanları ilə toqquşurlar.

Bu arada Peşmərgə nazirliyinin mətbuat katibi Halqurd Hikmət "BasNews"-a müsahibəsində bildirib ki, Kürdistanın regional hökuməti və parlament sərhəddə baş verənlərlə bağlı müvafiq qərar qəbul edəcək.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti