"Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024" üzrə Öhdəlik Protokolu təsdiqlənib

   "Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024" üzrə Öhdəlik Protokolu təsdiqlənib
  25 May 2024    Oxunub:760
2024-cü il martın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) arasında "Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramının həyata keçirilməsi haqqında Öhdəlik Protokolu" təsdiqlənib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Öhdəlik Protokolu qüvvəyə mindikdən sonra Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Öhdəlik Protokolunun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Gənclər Forumuna bildiriş göndərməlidir.

AzVision.az


Teqlər: Prezident   fərman   Şuşa  





Xəbər lenti