Güclü küləkli hava şəraiti davam edir

Güclü küləkli hava şəraiti davam edir
  25 May 2024    Oxunub:721
Mayın 25-i saat 18:00 üçün məlumata əsasən, verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq ölkədə güclü küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.

Eyni zamanda, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvanda 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda isə 18-22 m/san sürətə malik güclü külək əsir.

AzVision.az


Teqlər: hava   külək  





Xəbər lenti