İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir - YENİLƏNİB

   İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir -  YENİLƏNİB
  25 May 2024    Oxunub:1025
Çex Respublikasının Prezidenti Petr Pavel Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
AzVision.az -ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırıram.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin səviyyəsini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".

Niderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər. Təbriklərdə deyilir:

İspaniyanın Kralı VI Felipe:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

Belçikalıların Kralı Filip:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".

Niderlandın Kralı Villem-Aleksandr:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza da Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

Bundan başqa Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, İraqın Ali İslam Şurasının prezidenti Humam Hammudi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Koreya Prezidenti Yun Sok Yol, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha da Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

AzVision.az



Teqlər:





Xəbər lenti