ABŞ hərbçiləri Ermənistanda təlimlərdə iştirak edib

   ABŞ hərbçiləri Ermənistanda təlimlərdə iştirak edib
  25 May 2024    Oxunub:850
ABŞ Müdafiə Nazirliyinin mütəxəssisləri mayın 20-dən 24-dək İrəvanda keçirilən nüvə, bioloji, kimyəvi və radioloji təhlükələrlə mübarizə üzrə təlimlərdə iştirak ediblər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının saytında məlumat verilib. Təlimin əsas məqsədi erməni əsgərlərinin təhdidlərə cavab verməyə hazırlığını qiymətləndirmək və onların işindəki nöqsanları aşkar etmək olub.

Rəsmi olaraq, tədbirlər Ermənistan Təhlükəsizlik Şurasının koordinasiyası və Pentaqonun təhdidlərin azaldılması agentliyinin dəstəyi ilə kütləvi qırğın silahlarına qarşı mübarizə çərçivəsində həyata keçirilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti