Paşinyan Xamenei ilə görüşdü - Video

   Paşinyan Xamenei ilə görüşdü -    Video
  22 May 2024    Oxunub:907
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə görüşüb. Bu barədə İran mətbuatı məlumat yayıb.
Paşinyan Ermənistan hökuməti və xalqı adından şəxsən Əli Xameneiyə və İran xalqına başsağlığı verib. Görüşdə İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər də iştirak edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və həlak olan digər şəxslərin vəfatı ilə bağlı keçirilən vida mərasimində iştirak edir.

Xatırladaq ki, mayın 19-da ölkənin şimal-qərbində, Verzeqan bölgəsində İran prezidenti, Xarici İşlər Nazirliyinin rəhbəri və onları müşayiət edənlərin olduğu helikopter qəzaya uğrayıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti