Fazil Mustafa da Rəisinin anım mərasiminə gedir?

   Fazil Mustafa da Rəisinin anım mərasiminə gedir?
  22 May 2024    Oxunub:715
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan nümayəndə heyəti helikopter qəzasında həlak olan İran rəsmilərinin anım mərasimində iştirak etmək üçün bu ölkəyə yola düşür.

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Bəs Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa nümayəndə heyətinin tərkibində iştirak edəcək?

AzVision.az Modern.az-a istinadən xəbər verir ki, deputat məsləhət olacağı təqdirdə nümayəndə heyətinin tərkibində iştirak edəcəyini söyləyib.

F.Mustafa qeyd edib ki, ümumiyyətlə, belə qərarın verilməsi Azərbaycanla İran arasında qonşuluq,dostluq münasibətlərinin bir göstəricisidir:

“İrana səfər edəcək nümayəndə heyətinin tərkibində məsələhət olan şəxslərin iştirakı nəzərdə tutula bilər. Əgər məsləhət olunsa, mən də İrana gedəcək nümayəndə heyətinin tərkibində iştirak edə bilərəm. Dövlətimizin marağı üçün lazımdırsa, buna hazıram. Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun bütün üzvlərinin orada mütləq iştirakı nəzərdə tutulmur. Yəqin ki, məsləhət olunan şəxslərin təmsilçiliyi nəzərdə tutulacaq”.

AzVision.az



Teqlər:





Xəbər lenti