Nazir komitə sədrinin təklifinə cavab verdi
"Pensiya, sosial müavinət alanlar, işləyənlər, işsizlikdən sığorta alanlar dəfn müavinəti ilə təmin olunur. Təxminən 10-12 milyon vəsait lazımdır ki, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinəti verilsin. Məsələni gündəmdə saxlasanız yaxşı olardı", - deyə deputat qeyd edib.
M.Quliyev vurğulayıb ki, bununla bağlı Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub göndəriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə komitə sədrinə cavabında xatırladıb ki, bu gün pensiyaçılar, işləyən və digər şəxslərə dəfn müavinəti nazirlik tərəfindən verilir: “Yalnız işləyəməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə bu vəsait bizim nazirlik tərəfindən ödənilmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə əlbəttə biz bunu sürətlə şəkildə təmin edə biləcəyik".
AzVision.az
Teqlər: