Məqsəd kağız tullantıların təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstək olmaqdır.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 150 tondan çox kağız tullantıdan hazırlanmış “Yaşıl dağ”ın təqdimatı baş tutub. ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri, mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri də səsləndirilib.
Həmçinin “İdeya müsabiqəsinin” 3 nominasiyası üzrə qaliblər mükafatlandırılıblar və müxtəlif qurumlara təşəkkürnamələr təqdim olunub.
6-cı “Yaşıl dağ” ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan vətəndaşlar, məktəblər, idarə və təşkilatlar qoşulublar.
9 ildir fəaliyyətini davam etdirən proqram çərçivəsində 2000 tondan çox kağız tullantısı təkrar emala göndərilib, bununla 34.000-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 400-dən çox ekoloji istiqamətdə layihə, 100-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.
AzVision.az