Un bahalaşdı: Çörəyin qiyməti artacaq?
Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb. Belə olan halda çörəyin qiyməti artırılacaqmı?
Məsələ ilə bağlı açıqlama verən “Sarı Sünbül” MMC unun bahalaşmasını təsdiq edib:
“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”.
“İsrafiloğlu” MMC-dən isə bildirilib ki, “NUR” çörəyi hələ ki, köhnə qiymətlə satılır:
“Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”.
AzVision.az
Teqlər: