Adı dəyişdirilən teatrların işçilərinin əməkhaqqı artırılır

Adı dəyişdirilən teatrların işçilərinin əməkhaqqı artırılır
  20 May 2024    Oxunub:1209
"Milli" statusu alan iki teatrın adı dəyişdirilərək, işçilərinin əməkhaqqına 50% əlavə olunur.
Mədəniyyət Nazirliyindən AzVision.az -a məlumat verilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Dram Teatrına "milli" statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.

"Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na əsasən, bu status teatrlara onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxili və xaricində nailiyyətlərinə, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Beləliklə, sözügedən teatrlar artıq Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı adlanacaq.

Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

AzVision.az


Teqlər: teatr   status  





Xəbər lenti