Çövkən Liqasında iştirak edəcək komandaların adları - SİYAHI

Çövkən Liqasında iştirak edəcək komandaların adları -    SİYAHI
  20 May 2024    Oxunub:1066
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib.
AzVision.az Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edəcək.

Mayın 21-də keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar çövkən komandasının mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaq. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında ilk turun iki oyunu keçiriləcək. Qarşılaşmalar püşkatma əsasında müəyyən ediləcək. Liqanın 1-ci turunun qalan 3 oyunu isə mayın 22-də eyni məkanda baş tutacaq.

Qeyd edək ki, bu gün, saat 12:00-da Binə Atçılıq Mərkəzində mətbuat konfransı və püşkatma mərasimi təşkil olunacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti