Bakıda Milli Metrologiya Forumu keçirilir

Bakıda Milli Metrologiya Forumu keçirilir
  20 May 2024    Oxunub:1119
"Ölkəmizdə çox geniş islahatlar gedir. Bu islahatlar nəticəsində əsas məqsədimiz ölkəmizin rəqabətə davamlılığını təmin etməkdən ibarətdir. Əsas elementlərdən biri də keyfiyyət instrukturudur. Dövlət rəhbərliyi tərəfindən ölkəmizdə sosial-iqtisadi strategiya 20-30% artmaqdadır".
AzVision.az xəbər verir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə keçirilən "Milli Metrologiya Forumu"nda deyib.

Onun sözlərinə görə, bunun da əsas tərkib milli prioritetlərindən biri rəqabət qabiliyyətli iqtisadiyyatın təmin olunmasıdır:

"Hər hansı tənzimləməni dəyişmək tələb olunduqda başlanması normativ bazanın təkminləşməsindən başlayır. Qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə artıq uzun bir yol qət etmişik. Artıq qanunvericiliyə dəyişik paketi hazırdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: forum   metrologiya  





Xəbər lenti