SEPAH-ın komandiri helikopterinin qəzaya uğradığı yerə gedib

   SEPAH-ın komandiri helikopterinin qəzaya uğradığı yerə gedib
  19 May 2024    Oxunub:1251
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-leytenant Hüseyn Səlami İslam Respublikası prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi əraziyə yollanıb.
Bu barədə Tasnim agentliyi məlumat yayıb. Bildirilir ki, Səlamidən başqa, SEPAH-ın bir neçə yüksək rütbəli zabiti də qəza yerinə gedib. Axtarış prosesini sürətləndirmək üçün yerindəcə əmr verəcəkləri qeyd edilir.

Xatırladaq ki, bu gün İran prezidenti İbrahim Rəisinin də olduğu helikopter qəzaya uğrayıb. Hadisə Azərbaycan Respublikası ilə ümumi sərhəddə "Qız qalası" bəndinin açılışından qayıdarkən baş verib.

Prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti