Rəisinin helikopterinin tapılması xəbəri təkzib edildi -YENİLƏNİB

 Rəisinin helikopterinin tapılması xəbəri təkzib edildi   -YENİLƏNİB
  19 May 2024    Oxunub:2541
Bir müddət əvvəl Press TV xilasedicilərin İran prezidenti İbrahim Rəisinin də olduğu helikopterini tapdıqları barədə məlumat yaymışdı.
İranın Qızıl Aypara Cəmiyyəti isə bu xəbərləri təkzib edir:

"Qəzaya uğrayan helikopterin tapılması cəhdləri indiyədək uğurlu olmayıb".



***
İran prezidenti İbrahim Rəisinin olduğu helikopteriin axtarışları davam edir. Bu barədə IRNA agentliyi məlumat yayıb.

“Xilasedicilərə hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra xilasedici qruplar hadisə yerinə gəlib və axtarışlara başlayıblar”, - deyə agentlik yazır. Xilasetmə əməliyyatında 16 qrup iştirak edir. Havanın dumanlı olması işləri çətinləşdirir.

“Tasnim” agentliyinin məlumatına görə, İran prezidenti İbrahim Rəisinin aparan helikopterin yeri müəyyənləşib. Sərt enişin baş verdiyi əraziyə girişin çətin olduğu qeyd edilir. Agentliyin məlumatına görə, helikopter Şərqi Azərbaycan əyalətinin Uzi kəndi yaxınlığında yerləşir.

İranda hökumətin fövqəladə iclası keçirilib, antiböhran qərargahı yaradılıb.





***
“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.

AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl “Mehr” agentliyi bildirib ki, qəzadan sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
***
"Mehr" Helikopterin sərt eniş etməsi nəticəsində xəsarət alan olmayıb. İbrahim Rəisi sağ-salamat Təbrizə yola düşüb.

***
İran prezidenti İbrahim Rəisinin olduğu helikopter qəzaya uğrayıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, qəza İ.Rəisi Azərbaycan Respublikası ilə ümumi sərhəddə bəndin açılışından sonra qayıdarkən baş verib.

Prezidentin kalonunda üç helikopter olub. Çoxlu sayda nazir və məmuru daşıyan helikopterlərdən ikisi sağ-salamat yerə enib.

Digər helikopterin tapılması üçün əraziyə xilasetmə qrupları cəlb olunub. Bu helikopterdə dövlət başçısı ,Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti olub.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti