Rusiya Qazaxıstan üçün şəkər kvotasını iki dəfə artırmaq istəyir

Rusiya Qazaxıstan üçün şəkər kvotasını iki dəfə artırmaq istəyir
  18 May 2024    Oxunub:1005
Rusiya yay istehlakının zirvəsi ərəfəsində Qazaxıstan üçün şəkər kvotasını daha 100 min ton artırmağı planlaşdırır.
Bu barədə TASS xəbər verib. Vurğulanıb ki, ilkin razılaşma Kazanda ölkənin baş nazirinin müavini Serik Jumanqarinin və Rusiya hökuməti başçısının müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Qeyd lunub ki, Qazaxıstan anbarlarında kifayət qədər ehtiyat olmasına baxmayaraq, yay ərəfəsində - şəkər istehlakının pik mövsümündə Asatana şəkər tədarükü kvotasının daha 100 min ton artırılması məsələsini qaldırıb.

Qazaxıstan hökuməti əlavə edib ki, ilkin razılıq alınıb, məsələyə mayın 29-da Avrasiya İqtisadi Komissiyası Şurasının iclasında baxılacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti