Qırğızıstanda kütləvi dava: 29 nəfər yaralandı

Qırğızıstanda kütləvi dava:    29 nəfər yaralandı
  18 May 2024    Oxunub:1092
Bişkekin mərkəzində baş verən hadisələr nəticəsində 30-a yaxın insan tibbi yardıma müraciət edib.
Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, mayın 17-dən 18-nə keçən gecə 29 nəfər tibbi yardım üçün təcili yardım briqadalarına müraciət edib. 15 nəfər Bişkek şəhər təcili tibbi yardım xəstəxanasına və milli xəstəxanaya çatdırılıb, qalanlarına isə yerində tibbi yardım göstərilib.

Qeyd lunub ki, Bişkek şəhər xəstəxanasında qapalı kəllə-beyin travması və beyin silkələnməsi olan iki xəstə var, onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Ölkənin səhiyyə naziri Alımkadır Beyşenaliyev yaralı Pakistan vətəndaşına çənə sınığı diaqnozu qoyulduğu xəstəxananın üz-çənə cərrahiyyəsi şöbəsində olub. Şöbədən əlavə ediblər ki, xəstə əməliyyata hazırlanır.

Qeyd edək ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və təxribatlar törətmək istəyən silahlı şəxslər saxlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti