Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
  18 May 2024    Oxunub:1025
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə "Azərxalça" ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti