Buraxılış imtahanında 16 nəfər maksimal nəticə göstərib

   Buraxılış imtahanında 16 nəfər maksimal nəticə göstərib
  17 May 2024    Oxunub:1319
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a verilən xəbərə görə, imtahan iştirakçıları arasında 16 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib:

1. Hümbətli Aysel İsmayıl (Ağdam rayonu, 1 saylı orta məktəb);
2. Qasımov Məhəmməd Ceyhun (Bakı şəhəri, 70 saylı məktəb-lisey);
3. Şəkixanlı Rəşid İmruz (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey);
4. Məmmədli Nuray Azər (Bakı şəhəri, Kimya-biologiya təmayüllü lisey);
5. Quliyev Murad Elməddin (Bərdə rayonu, Texniki təmayüllü məktəb-lisey - Ak Z.Əliyeva
adına);
6. Şükür Aysel Tale (Göyçay rayonu, 1 saylı şəhər orta məktəbi -R.Rza adına);
7. Adıyev Sənan Vidadi (Naxçıvan MR Şərur ray., Fizika-Riyaziyyat təmayüllü lisey);
8. Cabbarlı Ərsadiq İlham (Naxçıvan şəhəri, 12 saylı orta məktəb -A.Cəlilov adına);
9. Abdullayeva Alsu Əli (Naxçıvan şəhəri, 5 saylı orta məktəb -H.Cavid adına);
10. Aslanova Gülay İlkin (Naxçıvan şəhəri, 7 saylı orta məktəb -E.Sultanov adına);
11. Cəfərov Uğur Nadir (Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəb (2007-2008-ci tədris
ilinə qədər H.Əliyev adına lisey olub);
12. Mehdiyev Məhəmməd Abbasəli (Sumqayıt şəhəri, 35 saylı orta məktəb (əvvəlki Sumqayıt Şərq liseyi);
13. Kərimova Məsumə Rafayil (Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziya);
14. Əliyeva Aysunur Əkbər (Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi);
15. Qasımov Əli Rəşad (Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyi);
16. Həsənli Xumar Ceyhun (Tərtər rayonu, 6 saylı şəhər orta məktəbi - R.Nuriyev adına).

Eyni zamanda, bu imtahanlarda iştirakı nəzərdə tutulan 46169 nəfərdən 469 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti