Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 31 % azalıb

Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 31 % azalıb
  16 May 2024    Oxunub:1591
Bu ilin aprel ayında ümumilikdə vergi orqanlarına 42 441 müraciət daxil olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 % azalıb.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Müraciətlərdən 97,1 %-i ərizə, 2,8 %-i şikayət, qalan hissəsi təklif olub. 19 müraciətin icrası isə nəzarətə götürülüb.

Müraciətlərin 46,9 %-nin baxılması həmin hesabat ayı ərzində başa çatdırılıb, 53,1 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 79,2 %-i həll olunub, 19 müraciət barədə müvafiq izahat verilib, qalanları barədə qanunamüvafiq qərarlar qəbul edilib. Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 807 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,1 % azalıb

Həll edilmiş 134 faktiki şikayətin böyük əksəriyyəti (62 %) kameral vergi yoxlaması, 12 %-i şəxsi hesab vərəqələri, 9,7 %-i sosial sığorta ödənişləri, qalanları vergi borcu, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdirilməsi, vergi mükəlləfiyyətləri (növləri), vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 66, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti