Politico: Aİ Rusiya neftini almaqda davam edir

         Politico:    Aİ Rusiya neftini almaqda davam edir
  16 May 2024    Oxunub:971
Sərt sanksiyalar rejiminə baxmayaraq, Rusiya nefti tam qanuni şəkildə Avropa Birliyinə daxil olur.
AzVision.az xəbər verir ki, “Politico” nəşrində dərc edilən materialda əhəmiyyətli həcmdə Rusiya neftinin tamamilə qanuni şəkildə Avroap İttifaqı ölkələrinə daxil olduğu bildirilir.

Materialda qeyd edilir ki, Aİ-nin sanksiyalar siyasətindəki müəyyən boşluqlar sayəsində Rusiya nefti Türliyə vasitəsi ilə qanuni şəkildə Birlik ölkələrinə gətirilir. Bu cür tədarüklərin həyata keçirilməsinə imkan verən əsas mexanizm qarışdırılmış və adı dəyişdirilmiş yanacağın Avropa İttifaqına idxalının mümkün olmasıdır ki, həmin neft də artıq Rusiya mənşəli məhsul kimi təsnif edilmir.

Araşdırmalara görə, Avropa İttifaqının 2023-cü ilin fevralında Rusiya yanacağının idxalına qadağa qoymasından sonra Moskva təkcə Türkiyənin üç limanı vasitəsilə bir il ərzində üç milyard avroya qədər gəlir götürə bilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında G7 ölkələri, Avropa İttifaqı və Avstraliya dəniz yolu ilə tədarük olunan Rusiya neftinin qiymətinin yuxarı həddinin bir barrel üçün 60 dollardan çox olmaması barədə qərar qəbul ediblər.

Bundan əlavə, Aİ ölkələri Rusiyanın neft və neft məhsullarının tədarükünə embarqo qoyaraq, həmin qiymət həddini də təsdqiləyiblər. Bunun cavabında Rusiya prezidenti Vladimir Putin xüsusi sərəncamla Qərb dövlətlərinin məhdudiyyətlər rejiminə əməl edən özəl və hüquqi şəxslərə neft tədarükünə qadağa qoyub.

Lakin vaxtaşırı Avropa və Amerika mətbuatında Rusiyanın enerji resurslarının hələ də Qərb şirkətləri tərəfindən alındığını bildirən materiallar dərc olunur. Həmin materiallarda, habelə Rusiya neftinin emalından alınan neft məhsullarının rahat şəkildə Avropada satıldığı qeyd olunur. Məsələn, Hindistanın neft emalı zavodları Rusiya neftindən aldıqları benzini və dizel yanacağını Avropa şirkətlərinə satmaqla yaxşı qazanc götürürlər.

Eyni zamanda, Rusiyanın təbii maqye qazının da Avropaya tədarükünün həcminin artdığı qeyd bildirilir. Amma Avropa İttifaqının Rusiyanın enerjidaşıyıcılarından asılılığından qurtulduğu barədə verilən bəyanatlar səngimir.

Maraqlıdır ki, bir müddət əvvəl Emmanuel Makron Rusiyanın təbii maye qazının Fransaya tədarükünün həcminin artmasının heç də ölkəsinin bundan asılılığına dəlalət emədiyini vurğulayıb. Halbuki, Fransa Aİ ölkələri arasında Rusiyadan maye qazın tədarükü üzrə liderlər sırasındadır və bu işdə Parisin nəyi isə dəyişmək planlarının olması barədə məlumat yoxdur.

Bu baxımdan, dünyanı səbatsız və məntiqsiz bəyanatları ilə təəccübləndirməkdən yorulmayan Emmanuel Makronun sözügedən məsələ ilə bağlı açıqlaması da ancaq istehza doğrura bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Avropa   neft  





Xəbər lenti