Dünyanın ən maraqlı 20 heykəli - FOTOLAR
AzVision.az AdMe.ru-ya istinadən oxuculara ən gözəl 20 heykəli təqdim edir:
Las Kolins mustanqları, ABŞ
Bürüncdən hazırlanan heykəllərin ölçüsü əsl atlardan 50 faiz böyükdür. Heykəlin əsas ideyası Texasda məskunlaşma zamanı bu torpaqlardakı atların gücünü, çılğın ruhunu göstərməkdir.
Keçid, Polşa
Polşa müharibə və çətinliklərdən keçmiş ölkədir. Bu heykəl isıə müharibə şəraitinin qanunlarından əziyyət çəkən insanalrın xatirəsinə yaradılıb.
Genişlənmə, ABŞ
Bu, möhtəşəm kompozisiya müasir incəsənətin ən gözəl nümunələrindən biri hesab olunur. Kompozisiyanın müəllifi heykəltəraş Peyc Bredli deyir ki, “Genişlənmə” əsəri onun insanı təsvir edən heykəltəraşlara qarşı cəmiyyətin tənqidi fikirləri haqqında düşüncələrinin yekunudur.
Begamotlar, Tayvan (Çin)
Taybey zooparkında yerləşən bu heykəl vəhşi heyvanları qorumağın vacibliyini göstərir.
Azadlıq, ABŞ
Zenos Frudakisin müəllifi olduğu heykəl addımbaaddım fərdin kütlədən ayrılmağını nümayiş etdirir.
Çimən oğlanlar, Sinqapur
«People of the River» abidələr seriyasından olan “Çimən oğlanlar” heykəli çay kənarında məskunlaşanların həyat tərzini əksini etdirir.
Dunay kənarında ayaqqabılar, Macarıstan
Güllələnmiş yəhudlərin xatirəsinə 2005-ci ildə yaradılan incəsənət nümunəsi.
Yəhudilərin xatirəsinə abidə, Krakov
Evlərindən qovulanda hətta balaca uşaqlar belə gizlənə bilməsin deyə yəhudilərin əşyaları da bayıra atılırdı. Bu abidə də həmin hadisənin xatirəsinə ucaldılıb.
Santexnik Çimul, Slokaviya
Santexnik Çimul Bratislav şəhərinin sakinlərinə İkinci Dnüya müharibəsini xatırladır. Həmin illərdə insanlar kanalizasiyada gizlənməyə məcbur olmuşdular.
Lasos heykəli, ABŞ
Lasos heykəli Portlandda binanın içində yerləşir.
Şirlər, Böyük Britaniya
Peşəkar heykəltəraş Kendroy Heystin hazırladığı qara şirlər London Toweri çağrılmamış qonaqlardan qoruyur.
Polislə zarafat, Belçika
Heykəlin müəllifi şən və istedadlı heykəltəraş Tom Fransendir.
Nəhəng Kelli atları, Şotlandiya
Heykəlin tikintisi 7 il davam edib. Onun hündürlüyü 30 metrə çatır. Heykəl Şotlandiya sənayə və iqtisadiyyatının necə inkişaf etdiyini göstərir. Belə ki, orada vaqonları, barjaları daşıyan atlar təsvir olunub.
Azadlıq yolu, Vilnüs
“Azadlıq yolu” abidəsi Litvanın qurulmasının 20 illiyi münasibətilə ucaldılıb və xalqı azadlıq və birliyə səsləyir.
Telefon köşkü, Böyük Britaniya
Abidə klassik K6 modeli olan və istifadəyə yararsız qırmızı telefon köşklərindən hazırlanıb. Bu köşklər artıq başa çatmış bir dövrün rəmizidir, çünki avtomat telefonlar getdikcə istifadədən çıxır və yerini mobil telefonlara verir.
Mühacirət, İrlandiya
İrlandiyadakı dəhşətli aclıq ölkə tarixində böyük yer tutur. Bir neçə il davam edən aclığa görə ölkə əhaləsinin 20-25% həlak olub.
Əjdaha sevgililər, Bolqarıstan
Heykəli onun müəllifi D.Lazarov belə adlandırıb. Heykəltəraş uşaqları sevindirmək üçün nağıl qəhrəmanlarını heykələ çevirib. Abidənin düz yanında uşaqların məşq etdiyi hovuz yerləşir.
Şair Mixay Eminesku, Ruminya
Mixay Emineskunun adı hazırda rumınlar və moldovanlar üçün müqəddəs hesab edilir. Onun şərəfinə qoyulan bu heykəl qürubda daha da gözəl görünür.
Qnomlar, Polşa
Bürüncdən olan balaca adam fiqurları Polşanın Bratislav şəhərinin ən görməli abidələrindən biridir. Qədim əfsanəyə görə, şəhərcikdə narıncı papaqlı qnom gəzirmiş. Onun göründüyü yerdə şəkillər meydana gəlir, sonradan isə bu şəkillər canlanırmış.
Hörümçək heykəli, Tokio
Doqquz metr hündürlüyü olan bu heykəl paslanmayan polad və mərmərdən hazırlanıb. Heykəlin müəllifi Luiza Burjua bu heykəli anasına həsr edib: “Bu heykəli mənim ən yaxşı dostum olan anama həsr etmişəm. O da hörümçək kimi toxuculuqla məşğul idi”.
Fatimə Kərimli