Ulduz futbolçu “Qalatasaray”a keçdi
Portuqaliyalı ulduz futbolçu bu gün cimbomun prezidenti Ünal Aysalla görüşüb. Görüşdən sonra açıqlama verən Almeydanın meneceri Hakan Qorxmaz jurnalistlərə açıqlamasında “Qalatasaray”la anlaşdıqlarını açıqlayıb.
“Prezident Ünal Aysalla görüşdük. Üç illik müqavilə ilə bağlı razılağa gəlindi. Tərəflər arasında rəsmi müqavilə iki gün sonra imzalanacaq” - deyə, Qorxmaz bildirib.
Qeyd edək ki, Huqo Almeyda “Beşiktaş”la bu mövsüm bitən müqaviləsini uzatmaqdan imtina edib. Almeyda Braziliyada keçirilən Dünya Çempionatında Portuqaliya millisinin ilk oyununda meydana çıxıb. Lakin o, elə həmin oyunda zədələnərək meydançanı tərk edib.
Eldar Tanrıverdiyev