Aİ-nin 8 ölkəsi Kiyevlə ikitərəfli təhlükəsizlik razılaşmalarına qarşıdır

  Aİ-nin 8 ölkəsi Kiyevlə ikitərəfli təhlükəsizlik razılaşmalarına qarşıdır
  11 May 2024    Oxunub:915
Avropa İttifaqının səkkiz ölkəsi təhlükəsizlik öhdəlikləri ilə bağlı Kiyevlə ikitərəfli sazişlər bağlamaqdan imtina edir.
Bunlar Bolqarıstan, Macarıstan, Kipr, Slovakiya, Xorvatiya, eləcə də neytral Avstriya, İrlandiya və Maltadır. Bu barədə “Welt am Sonntag” qəzeti Aİ-nin məxfi məlumatlarına istinadən yazıb.

Nəşr bildirib ki, Avropa İttifaqının üzvü olmayan Türkiyə və İsveçrə də Ukrayna ilə müvafiq ikitərəfli razılaşmaların olmasını istəmir. İndiyədək yalnız yeddi Avropa dövləti təhlükəsizlik öhdəlikləri ilə bağlı Kiyevlə ikitərəfli sazişlər bağlamaq istəyir: Almaniya, Danimarka, İtaliya, Latviya, Niderland, Finlandiya, Fransa.

Bundan əvvəl “Welt am Sonntag” qəzeti qeyd edib ki, Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi layihəsini razılaşdırıb. Hazırda Brüssel və Kiyev layihəni müzakirə edir. Sənədə əsasən, təcavüz baş verəcəyi təqdirdə, Avropa İttifaqı və Ukrayna 24 saat ərzində Kiyevin ehtiyacları ilə bağlı məsləhətləşmələr aparmalıdır.

Brüssel Ukraynadakı müharibəyə müdaxilə istisna olmaqla, təhlükəsizlik sektorunda islahatların aparılmasına və ölkənin minalardan təmizlənməsinə köməklik göstərilməsini, silah tədarükünün və hərbi kadrların hazırlanması ilə bağlı işlərin davam etdirilməsini, həmçinin hibrid hücumlara qarşı mübarizədə əməkdaşlıq vəd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti