Leninqrad Hərbi Dairəsi yenidən yaradılıb

   Leninqrad Hərbi Dairəsi yenidən yaradılıb
  11 May 2024    Oxunub:653
Leninqrad Hərbi Dairəsi NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi potensialının artırılmasına cavab vermək kontekstində yaradılıb.
Bunu “TASS”a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin ikinci Avropa departamentinin direktoru Sergey Belyayev deyib. Onun sözlərinə görə, NATO-nun Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi güclənməsinə cavab tədbirləri görülür.

Beləliklə, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 26 fevral 2024-cü il tarixli “Rusiya Federasiyasının hərbi-inzibati bölgüsü haqqında” fərmanı ilə Leninqrad Hərbi Dairəsi yenidən yaradılıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti